Bakı Baş Gömrük İdarəsinin rəisi dəyişib

OXUNUB: 713 SOSİAL

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov sərəncama göndərilib. 

İcmal.Az Report-a istinadən xəbər verir ki, onun yerinə Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov təyin olunub.

Bundan başqa, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Baba Salayev də sərəncama göndərilib. Onun yerinə Məsum Eynalı oğlu Rəsulov təyin edilib.

İcmal.Az

RƏYLƏR