Hadisə aprelin 19-da baş verib. Eyni sinifdə oxuduqları iddia olunan iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlan şagirdi ayaq yolunda şalvarını çıxararaq zorlayıb. Hadisə azyaşlının sinifdə yoldaşlarına danışarkən ortaya çıxıb. Valideynlər onu da qeyd ediblər ki, zorlanan şagirdin valideynləri rayonda yaşadığına görə uşaq xalasıgildə qalır.
Valideyinlər məktəb direktoru Nürqələm Bayramovanın zorlanan azyaşlının xalasına 2000 manat verərək susdurduğunu da deyir. Bundan əlavə azyaşlını zorladığı deyilən şagirdin valideynləri direktora rüşvət verərək məktəbdə saxladıqları da söylənilir. Həmin uşağın yerinə günahsız şagird şərlənərək məktəbdən uzaqlaşdırılıb. Valideynlər vurğulayıb ki, direktora nə qədər şikayət etsələr də nəticəsiz qalıb. Şikayətlərinə baxılmadığını görən valideynlər bu gün məktəbin qarşısında aksiya keçirəcəkləri söyləyiblər.
BiG.AZ saytı məktəblə əlaqə saxlasa da cavab verən olmayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək bu gün valideynlər saat 11-də məktəbin qarşısında aksiya keçirəcəklər.
İcmal.Az
Qeyd edək bu gün valideynlər saat 11-də məktəbin qarşısında aksiya keçirəcəklər.
İcmal.Az