Bakı metrosunda intihara cəhd

OXUNUB: 611 SOSİAL

Bu gün metronun "Gənclik” stansiyasında bir nəfər özünü relslərin üzərinə atıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Oxu.Az-a verdiyi məlumata görə, saat 13:45 radələrində Zülfüqarov Elvin Əli oğlu özünü relslərin üzərinə ataraq intihara cəhd edib.

Onun sözlərinə görə, o, yanındakı dostu ilə mübahisə etdikdən sonra bu addımı atıb. Stansiyada qatar olmayıb. Stansiya və polis əməkdaşları vətəndaşı təcili oradan çıxarıblar. Zülfüqarov xəsarət almayıb.

İcmal.Az

RƏYLƏR