Bakı metrosunda özünü qatarın altına atan kişi öldü - VİDEO

OXUNUB: 665 HADİSƏ
Bu gün Bakı metrosunda özünü qatarın altına atan şəxs xəstəxanada vəfat edib. 

İcmal.Az lent.az-a istinadən xəbər verir ki, "Qara Qarayev” metro stansiyasında özünü qatarın altına atan və ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən 1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğlu vəfat edib.

Bildirilir ki, hadisə "Həzi Aslanov” stansiyasından "Dərnəgül”ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar "Qara Qarayev” metrostansiyasına daxil olanda baş verib. Həmin şəxs özünü qatarın altına atmaq istəyib. Lakin son anda fikrindən daşınıb və geri çəkilib. Qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə "Həzi Aslanov” stansiyasından "Dərnəgül”ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar "Qara Qarayev” metrostansiyasına daxil olanda baş verib. Həmin şəxs özünü qatarın altına atmaq istəyib: "Lakin qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb”.

 
İcmal.Az

RƏYLƏR