Bakı Nəqliyyat Agentliyi Prezidentin açdığı mərkəzi şirniyyat dükanına çevirir

OXUNUB: 462 GÜNDƏM İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyinin terminal məntəqəsini simit satılan restorana kirayə vermədi rezonans doğurub. Qurum bu tamahkarlığını və acgözlüyünü sübut edən faktın altından çıxmaq üçün müxtəlif bəhanələr gəzir. Lakin reallıq budur ki,
"Koroğlu” metro stansiyasının yaxınlığındakı Nəqliyyat Mübadiləsi Mərkəzinin ödəmə terminalları əvvəl yerləşdiyi məntəqədən çölə çıxarılıb və yeri "Simit Sarayı”na kirayə verilib. Bakı Nəqliyyat Agentliyi faktı təsdiqləyərək bunu terminal aparatlarının məntəqə daxilində qızması ilə əlaqələndirir. Ancaq əlavə edir ki, xaricdə də bu hallar mövcuddur, yəni belə mərkəzlərdə iaşə obyektləri olur. Amma heç bir ölkədə terminalı kirayə verib biznes qurmurlar. Sadəcə qurumun idarə heyətinin sədri Vüsal Kərimli istəyir ki, daha çox pul qazansın. Üstəlik, BNA rəsmisi obyektin hansı qaydalar əsasında icarəyə verilməsi, icarədarın necə müəyyənləşməsi, müsabiqə, onun nəticəsinin rəsmən elan edilməsi ilə bağlı suallara cavab verməkdən yayınır.
Artıq sosial şəbəkələrdə müzakirə olunan bu məsələ suallar doğurur. Məntəqədə "Simit Sarayı”nın reklamının üstünün bağlanması ilə bağlı görüntülər yayılıb. Bildirilir ki, BNA tənqidlərə dözməyib və nəticədə bu addım atılıb. Afn.az
"Simit Sarayı” un məmulatları ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışıb. Tural adlı əməkdaş bildirib ki, yeni flialların açılması ilə bağlı GFC şirkəti qərar verir: "Rəhbərliklə əlaqə saxlayıb suallarınıza cavab olsa sizə yönəldəcəyik”. Görünən budur ki, BNA məsələni unutdurmaq istəyir, ardınca iaşə obyekti terminalda fəaliyyət göstərəcək. Bu mübadilə mərkəzi isə prezident tərəfindən açılıb./Reportyor.info

RƏYLƏR