Bakı-Quba yolunda ağır qəza: 1 ölü

OXUNUB: 878 HADİSƏ

Bakı-Quba magistral avtomobil yolunda qəza baş verib.

 Bakı-Quba magistral avtomobil yolunun 20-cı km-də "Qazel” markalı yük avtomobili ilə "Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "Qazel” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü Etibar İsmixanov Rizvan oğlunun meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:38-də başa çatıb./trend

 

İcmal.Az

RƏYLƏR