Bakı və Doha arasında iki aviareys ləğv edilib

OXUNUB: 820 SOSİAL

Doha (Qətər) və Krasnoyarskdan (Rusiya) Bakıya, eyni zamanda əks istiqamətdə uçmalı olan təyyarə reysləri ləğv olunub.

Bu barədə İcmal.Az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından deyiblər.

QR 247 Doha-Bakı reysi Azərbaycanın paytaxtında saat 01:25-də (Bakı vaxtı ilə) gəlməli idi. Bundan əlavə, bu aviaşirkətin iyunun 15 saat 03:30-a planlaşdırılmış əks istiqamətdə olan reysi də ləğv edilib.

Reyslərin ləğv edilməsi səbəbləri barədə məlumat verilmir.

İcmal.Az

RƏYLƏR