Bakı WBC-nin konvensiyasına ev sahibliyi edəcək

OXUNUB: 690 DÜNYA

Bu gün Gənclər və İdman Nazirliyində 164 üzv ölkənin iştirakı ilə WBC-nin (Dünya Boks Şurasının, World Boxing Council) 55-ci Dünya Konvensiyasının keçirilməsi ilə bağlı brifinq baş tutub. 

Bu barədə Gənclər və İdman Naziliyinin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədovaİcmal.Az-a məlumat verib.

WBC-yə üzv ölkələrin rəsmilərinin, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırkı çempionların, ümumilikdə Şimali / Cənubi Amerika, Afrika, Asiya, Avropa qitəsindən  500-dən artıq qonağın qatılacağı konqres 6 oktyabradək davam edəcək.

Brifinqdə qeyd edilib ki, ölkəmizə Evander Holyfield, Kostya Tszyu, Yuri Arbaçakov, Naseem Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko,  Qennady Golovkin, Srisaket Sor Rungvisai kimi idman ustaları təşrif buyuracaq.

İcmal.Az

RƏYLƏR