Bakı zooparkında yenilik: Heyvanlar vəhşi təbiətə buraxılacaq – VİDEO

OXUNUB: 597 SOSİAL

Bakı zooparkındakı bəzi heyvanlar təbiətə buraxılacaq.

İcmal.Az Xəzər TV-yə istinadən xəbər verir ki, artıq bir neçə ildir ki, planlanan layihə reallaşmaq üzrədir. Zooparkdakı bəzi heyvanlar ötən illər ərzində bol bala veriblər.

Elə bu səbəbdən də onların sayı artdığından təbiətə buraxılması nəzərdə tutulur.

Bakı zooloji parkının direktoru Azər Hüseynovun sözlərinə görə,həmin heyvanlar təbiətə buraxılmadan öncə Şamaxı Safari parkında xüsusi sahədə saxlanılacaqlar.

Qeyd edək ki, bundan öncə Bakı zooparkına tək olan bəzi heyvanların erkək və dişiləri gətirilib.Həmin heyvanların da nəslini artırmaq planlaşdırılır.

İcmal.Az

RƏYLƏR