Bakıda 36 yaşlı şəxs tanışını bıçaqlayıb öldürdü - VİDEO - FOTO

OXUNUB: 642 HADİSƏ

Bakıda qətl törədilib.

İcmal.Az ARB TV xəbər verir ki, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsi Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.

Qəsəbə sakini, 36 yaşlı Sadiq Nemətov aralarında yaranmış mübahisə zəminində tanışı 52 yaşlı Zahir Hacıağayevə bıçaqla ağır xəsarət yetirib. Sonuncu hadisə yerində dünyasını dəyişib.

Suraxanı rayon hüquq mühafizə orqanlarının əməkdaşları cinayət baş vermiş ünvana baxış keçiriblər. Ərazidən istintaq üçün vacib olan dəlillər götürülüb. Cinayəti törətməkdə təqsirli bilinən Sadiq Nemətov saxlanılıb. Mərhumun qohumları və qonşularının sözlərinə görə, onun indiyədək heç kəslə ciddi mübahisəsi olmayıb.

Tamara Remaxanova - Mərhumun qohumu: "Fağır adam idi. Heç bir pislik görməmişəm".

Mərhumun qonşusu: "Evdə olmuşam. Zəng gəldi ki, yolda yıxılıb, təcili yardım gəlir. Polislər də sonra gəldi. Deyirlər vurublar. Qalanını bilmirəm".

Faktla bağlı araşdırma aparılır.

 

İcmal.Az

Bakıda 36 yaşlı şəxs tanışını bıçaqlayıb öldürdü - VİDEO - FOTO

Bakıda 36 yaşlı şəxs tanışını bıçaqlayıb öldürdü - VİDEO - FOTO

Bakıda 36 yaşlı şəxs tanışını bıçaqlayıb öldürdü - VİDEO - FOTO


 


Bakıda 52 yaşlı kişi qətlə yetirildi

RƏYLƏR