Bakıda 6 otaqlı ev və həyətində olan minik avtomobili yanıb

OXUNUB: 595 HADİSƏ

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 150 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və həyətində olan "Qaz" markalı minik avtomobilinin yanar hissələri yanmışdır.

Yaxınlıqdaki evlər yanğından mühafizə olunmuşdur.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

İcmal.Az

RƏYLƏR