Bakıda ahıl kişi oğlu tərəfindən döyülüb

OXUNUB: 655 HADİSƏ

Bakının Suraxanı rayonunda ata oğlu tərəfindən döyülərək burunu sındırılıb.

Hadisə İlham Şükürov küçəsi 27 ünvanında baş verib.

Belə ki, 1948-ci il təvəllüdlü Əsgərov İdris Səfər oğlu oğlu ilə mübahisə edib. Mübahisə zamanı o, döyülüb. Üz və bədən nahiyələrindən xəsarət alan İ.Əsgərov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Həkimlər onun burun sümüyünün sındığını bildirib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR