Bakıda arvadını bıçaqlayan manyak tanınmış qadın müdafiəçisini TƏHDİD etdi: Sabah toplaşıb məsələni həll edin

OXUNUB: 872 SOSİAL

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Facebook” sosial səhifəsində Ceyhun Mehrəliyev tərəfindən təhdid olunması ilə bağlı paylaşım edib.

Paylaşımda Ceyhun Mehrəliyev cinayətkar dəstənin üzvlərinə müraciət edərək sığınacaqda olan qadının öldürülməsi üçün hərəkət keçmələrinə əmr verir.

http://a24.az/files/uploads/2017/09/Mehriban-Zeynalova-208x300.jpg 208w, http://a24.az/files/uploads/2017/09/Mehriban-Zeynalova-768x1106.jpg 768w, http://a24.az/files/uploads/2017/09/Mehriban-Zeynalova.jpg 820w" sizes="(max-width: 650px) 100vw, 650px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

Artıq 9 aydır həmin şəxsin əlindən zara gəldiklərini, təhqir və təhdid olunduqlarını deyən Mehriban Zeynalova "A24.az”a açıqlamasında bildirdi ki, məhkəmə də bu insanın həbsi barəsində gecikir:

"Bizim sığınacaq sakinimiz həmin şəxs tərəfindən bıçaqlandıqdan sonra bura gətirilib. O gündən bu yana qadını müdafiə etdiyimizə görə, Ceyhun Mehrəliyev tərəfindən təzyiq və təhqirlərə məruz qalırıq. "İnstagram” hesabında, istər bizimlə, istərsə də bıçaqladığı qadınla bağlı gecə 3-4 olsun, gün ərzində bizi hədsiz dərəcədə narahat edir. Mənim və işçilərim, həmçinin əlindən qaçıb sığınacağımıza sığınan qadın haqqında təhqiramiz sözlər işlədir, bizi heç cürə işləməyə qoymur. Və biz bu psixoloji gərginliyi artıq 9 aydır ki, yaşayırıq.

Təəssüflər olsun ki, məhkəmə də bu prosesi uzada-uzada gedir və heç bir qərar qəbul etmirlər. Deyilənə görə, bu gün haqqında qərar çıxmalıdır və gecə "İnstagram” səhifəsində yazı paylaşıb. Guya bu cinayətkar qrupun başçısıdır və ətrafındakılara xəbərdarlıq edib. Ceyhun Mehrəliyev telefonla danışarkən də mənə demişdi ki, "həbs olunsam da killer tutmuşam və onsuz da onu öldürəcəm”.

Ceyhun Mehrəliyevin bir dəfə deyil, düz 3 dəfə evləndiyi və bu qadını qeyri-qanuni saxladığı deyən Mehriban xanım yeganə probleminin qadınla bağlı olduğunu, nəyə görə onu öldürmək istədiyini anlaya bilmədiyini dedi:

"İndi məqsədi nədir, nəyə görə onu öldürmək istəyir anlamırıq. Bütün günü ancaq məni təhqir edir və bildirir ki, siz sığınacağınızda fahişələri saxlayırsınız. İndi də özü azmış kimi, cinayətkar qrupun rəhbəri kimi ətrafındakılara, onlar kimlərdir bilmirəm, çağırış edir ki, əgər mənə bir şey olarsa, siz hərəkətə keçin”.

Onu da deyim ki, kimsə bu insan barəsində heç bir tədbir də görmür. Yəni adi adama bıçaq vuranda dərhal həbs edirlər, amma bu şəxs indiyə kimi azadlıqdadır. Düzdür, yaxınlığımızda polis var, tez-tez sığınacağımıza nəzarət edir və çağırılan kimi ikicə dəqiqəyə yanımızda olur. Amma bu nə vaxta kimi davam edəcək? Çünki artıq başqalarının adlarını bu işə cəlb edir”.

Cəmiyyət üçün çox təhlükəli birisinin olduğunu deyən Mehriban xanım "A24.az” vasitəsi ilə xüsusi dövlət qurumlarına müraciət etdi:

"Təsəvvür edin, bu insan adi söhbəti də "YouTube”a yerləşdirir. Siz yutubu açın, orda o qədər iyrənc, əxlaqa sığmayan hərəkətlərin əks olunduğu həmin videoları görə bilərsiniz. Gah bizə yalvarır ki, bizi barışdırın, gah da sosial səhifələrdə təhqirlərlə dolu qadın haqqında paylaşımlar edir. Özünün dediyinə görə, varlıqıdr, əli hər yerə çatır və "atam hər şeyi həll edəcək” deyir.

Məsələ ilə bağlı dövlət qurumlarından xahiş edirik ki, bizim təhlükəsizliyimizi nəzarət altına alsın. Çünki bu təkcə bizim üçün təhlükəli deyil, cəmiyyət üçün də təhlükəli bir adamdır. Artıq mənə də, ailəmə də şantaj eləməyə başlayıb. Danışdığı zaman ancaq əxlaq söhbətlərini ortalığa atır və təhqir dolu ifadələr işlətməyə başlayır”.

 

İcmal.Az

RƏYLƏR