Bakıda ata və oğlu yol qəzasında ölüb, beş nəfər xəsarət alıb

OXUNUB: 541 HADİSƏ

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi "Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi "VAZ-2107” markalı maşınla toqquşub.

 

Nəticəndə "VAZ-2107”də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. /apa

 

 

İcmal.Az

RƏYLƏR