Bakıda avtobus iki nəfəri vurdu

OXUNUB: 704 HADİSƏ

Bakının Nizami rayonunda avtobus iki gənc oğlanı vurub.

İcmal.Az Report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi metronun "Neftçilər" stansiyası yaxınlığında baş verib.

Yol kənarında dayanan 1992-ci il təvəllüdlü Rəhimov Fəqani Vəfadar oğlu və yaşıdı Əliyev Ruslan Qahir oğlunu avtobus vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayonu Polis İdarəsində araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR