Bakıda avtomobil piyada və velosipedçini vurdu

OXUNUB: 548 HADİSƏ

Bakının Sabunçu rayonunda avtomobil piyadanı vurub.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zabrat qəbəsində baş verib.

Naməlum sürücünün idarə etdiyi avtomobil piyada zolağını keçən 1992-ci il təvəllüdlü Qafarova Yeganə Sabir qızını vuraraq hadisə yerindən qaçıb. Xəstəxanaya yerləşdirilən Y.Qafarovanın heç bir sınığı olmadığı, yalnız ayağının əzildiyi müəyyənləşib. Məlumata görə, avtomobil onun ayağının üstündən keçib.

Bakının Nizami rayonunda isə avtomobil velosipedçini vurub. Babək prospektində velosipedlə hərəkətdə olan 1980-ci il təvəllüdlü İbrahimov İsak İsmayıl oğlunu "Lada Priora” markalı avtomobil vurub. Müxtəlif xəsarətlər alan İ.İbrahimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

İcmal.Az

RƏYLƏR