Bakıda avtomobildən 9242 manat pul oğurlanıb

OXUNUB: 868 HADİSƏ

Bakıda avtomobildən 9242 manat pul oğurlanıb.

İcmal.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Belə ki, oktyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Salyan rayon sakini Elman Axundova məxsus "BYD” markalı avtomobildən 9242 manat pul oğurlanıb.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmyerlisi Röyal Həsənov tutulub.

 

İcmal.Az

RƏYLƏR