Bakıda bir həftə əvvəl yerə yıxılan 88 yaşlı kişi dünyasını dəyişib

OXUNUB: 551 HADİSƏ

Bakının Yasamal rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 1930-cu il təvəllüdlü Quliyev Nadir Həsən oğlu bir həftə əvvəl rayon ərazisində naməlum şəraitdə yıxılaraq ağır xəsarət alıb.

O, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. N.Quliyev həkimlərin səylərinə baxmayaraq, bu gecə xəstəxanada beyninə qan sızması nəticəsində həyatını itirib./report

 

İcmal.Az

RƏYLƏR