Bakıda BOMBA HƏYƏCANI - Dəmiryol vağzalı boşaldıldı (YENİLƏNDİ)

OXUNUB: 548 HADİSƏ

Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub.

APA-nın məlumatına görə, vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir.

***

Bakı Dəmir Yolu Vağzalına bomba yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

Bu barədə Teleqraf.com-un əməkdaşına ərazidəki polislərdən biri məlumat verib.

Bildirilib ki, Bakı Dəmir Yolu Vağzalı və ərazidə yerləşən ticarət mərkəzlərindəki insanlar təxliyə olunublar.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova baş verən hadisəni təsdiq edib: "Hazırda hadisə yerinə gedirik. Kimsə vağzala bomba qoyulması ilə bağlı xəbər yayıb. Məsələ araşdırılır".

İcmal.Az

RƏYLƏR