Bakıda çoxmərtəbəli binada yanğın -SON DƏQİQƏ

OXUNUB: 719 HADİSƏ
Bakı şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çardağında, ümumi sahəsi 12 m² olan köməkçi otaqda məişət əşyaları yanıb. Yanğınsöndürənlər tərəfindən 6 bina sakini təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 İcmal.Az

RƏYLƏR