Bakıda dərsdən qayıdan tələbəyə üç bıçaq zərbəsi vurulub

OXUNUB: 884 HADİSƏ

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

İcmal.Az report.az-a istinadən bildirir ki, Ramana qəsəbəsinin Şuşa şəhərciyində, qohumlarının evində qalan 2000-ci il təvəllüdlü Həsənov Kamal Ramiq oğlu dərsdən qayıdarkən bıçaqlanıb.

Ona naməlum şəxs tərəfindən 3 bıçaq zərbəsi vurulub.

 

Qohumlarının dediyinə görə, K.Həsənov Bakıdakı ali təhsil müəssisələrindən birinin tələbəsidir və onlarda müvəqqəti qalır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsində araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR