Bakıda DYP-yə məxsus avtomobil qəza törətdi

OXUNUB: 1060 HADİSƏ

Bakıda yol polisi avtomobili sığorta şirkətinə məxsus avtomaşınla toqquşub.

İcmal.Az-ın APA-ya istinadla məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus, polis inspektoru Nizami Məmmədovun idarə etdiyi 99 YP 496 dövlət qeydiyyat nişanlı avtomobil "Azsığorta” ASC-ə məxsus, Natiq Məmmədovun idarə etdiyi "Toyota Prado” markalı nəqliyyat vasitəsi ilə toqquşub. 

Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR