Bakıda faciə kimi qəza - Avtobusdan düşən ana və qızını maşın vurdu

OXUNUB: 555 HADİSƏ

Bakıda avtobusdan yerə düşən qadını və onun qızını avtomobil vurub.

Yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib.

Bilgəh qəsəbəsində dayanacaqda avtobusdan enərək yola çıxan 1973-cü il təvəllüdlü Bayramova Afət Tofiq qızı və onun qızı, 1997-ci il təvəllüdlü Bayramova Lamiyyə Habil qızını minik avtomobili vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb./report

 

İcmal.Az

RƏYLƏR