Bakıda gənc oğlan anasına görə intihar etdi

OXUNUB: 702 SOSİAL

Pirallahı rayonunda intihar hadisəsi qeydə alınıb. 

20 yaşlı gənc tikintisi yarımçıq saxlanılmış binada özünü asıb.

Ağsu rayon sakini, 1997-ci il təvəllüdlü Rəhimov Rəhman Səməndər oğlunun cəsədi 24 dekabr 09:15 radələrində Dübəndi bağ massivinin ərazisində aşkarlanıb.

Gənc oğlanın anası və bacısı ilə hadisə yerinin yaxınlığında kirayədə yaşadığı bildirilir. Faktla bağlı Pirallahı rayon Prokurorluğu tərəfindən CM-nin 125-ci maddəsi üzrə cinayət işi (intihar həddinə çatdırılma) başlanılıb.

İstintaq gənci intihara sürükləyən ilkin səbəbi müəyyənləşdirib. Onun uzun müddət anası ilə danışmadığı məlum olub. Oğul və ana arasında münaqişəyə isə sonuncunun davranışları səbəb olub./oxu

İcmal.Az

RƏYLƏR