Bakıda gənc oğlan yaşadığı evin həyətində bıçaqlanıb

OXUNUB: 490 HADİSƏ

Bakıda gənc oğlan yaşadığı evin həyətində bıçaqlanıb.

Hadisə Keşlə qəsəbəsində baş verib.

Yenikənd 2012 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində 2000-ci il təvəllüdlü Əzizov Musa Rövşən oğlu naməlum səbəbdən tanıdığı şəxsin hücumuna məruz qalıb. O, ayaq nahiyələrindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az


 

RƏYLƏR