Bakıda gözəllik salonundan soyğunçuluq edən şəxs saxlanılıb

OXUNUB: 578 HADİSƏ

Bakının Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birindən soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məluamata görə, yanvarın 1-də Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gələn naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

İcmal.Az

RƏYLƏR