Bakıda həyat yoldaşından ayrılan kişinin dəhşətli sonu

OXUNUB: 629 HADİSƏ
Bakıda dəhşətli intihar hadisəsi baş verib. 
 
 Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan 1980-cı il təvəllüdlü Hacıyev Tural Müzəffər oğlu özünü doqquzmərtəbəli binanın damından ataraq həyatına son qoyub. 

Bildirilir ki, T.Hacıyev hadisə baş verən binanın 2-ci mərtəbəsində yaşayıb və 9-cu mərtəbəyə qalxandan sonra nərdivanla binanın damına çıxıb və çox keçmədən özünü atıb. 

Bir müddət əvvəl həyat yoldaşından ayrılan 37 yaşlı Turalın işsiz olduğu, ata-anası ilə birgə yaşadığı məlum olub. Valideynləri hadisədən o, özünü binadan atandan sonra xəbər tutublar. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./lent
 
 
İcmal.Az

RƏYLƏR