Bakıda hoteldə yanğın olub – FOTO

OXUNUB: 551 SOSİAL

Bakıda hoteldə yanğın hadisəsi baş verib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda, Zahid Xəlilov küçəsindəki "Lake” hotelinin havalandırma sistemində qeydə alınıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Sisteminin 2 yanğınsöndürmə texnikası cəlb edilib. Yanğının qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb. 

 

İcmal.Az

RƏYLƏR