Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurdu

OXUNUB: 672 SOSİAL

Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurub.

İcmal.Az Report-a istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsində yolu keçmək istəyən Məmmədov Qədir Fərxan oğlunu 78-80 yaşlı, iki ayağından əlil sürücü idarə etdiyi "Zaporojets” markalı avtomobillə vurub.

Nəticədə Q.Məmmədov ağır xəsarət alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər Q.Məmmədovun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

 

İcmal.Az

RƏYLƏR