Bakıda kobud qayda pozuntusuna yol verən sürücü qəza törədib - FOTO

OXUNUB: 545 HADİSƏ

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Qəza Qurban Xəlilov küçəsində yüksək sürətlə hərəkətdə olan "99-MA-520" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin ərazidəki yol nişanı tələblərini pozması nəticəsində qeydə alınıb.

Bu zaman o, Nəriman Nərimanov prospekti üzərindəki dairədə hərəkətdə olan "90-RT-177" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "Hyundai" Nəriman Nərimanovun heykəlinin yerləşdiyi parkın səkisinə çırpılıb. Avtomobillərin hər ikisi deformasiyaya uğrayıb. Hadisəni törədən sürücü "Report"a evdə xəstəsi olduğu üçün tələsdiyini bildirib.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma aparılır.

Hadisəni törədən sürücü sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb./report

 

İcmal.Az


RƏYLƏR