Bakıda mağazadan şampun oğurlayan qadın kameraya düşdü – VİDEO

OXUNUB: 836 HADİSƏ

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

İcmal.Az Baku.ws-ə istinadən xəbər verir ki, 8-ci mikrorayon ərazisində yerləşən mağazalardan birində qeydə alınan hadisə kameralara düşüb.

Qadın alıcı mağazada olan şampun və kremlərə baxıb. Daha sonra isə heç kimin onu görmədiyini düşünərək, götürdüklərini cibinə qoyub.

Qadının şübhəli hərəkətləri mağaza sahibinin diqqətini çəkib. Ancaq digər müştərilərə xidmət edən zaman xanım mağazanı tərk edib.

İcmal.Az

RƏYLƏR