Bakıda mağazadan seyf oğurladılar

OXUNUB: 703 HADİSƏ

Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən İcmal.Az-a verilən məlumata görə, hadisə dekabrın 27-dən 28-nə keçən gecə Şərifli küçəsində yerləşən İsmayılov Fərid Qoşqar oğluna məxsus mağazada baş verib.

Cinayətkarlar mağazanın qapısının qıfılını sındıraraq içəri daxil olublar. Oğrular içində 1600 manat olan seyfi və 1500 manatlıq ərzaq aparıblar. 

Hadisə ilə əlaqədar Nizami rayonu 25-ci polis bölməsi araşdırma aparır. 

İcmal.Az

RƏYLƏR