Bakıda magistral su kəmərində qəza: Bəzi ərazilərə su verilişi dayandırıldı

OXUNUB: 498 GÜNDƏM İQTİSADİYYAT

Bakıda magistral su kəmərində qəza baş verib.

Bu barədə "Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

 

Qeyd edilib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Şüvəlan, Şimal DRES və Mərdəkan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Hazırda qəzanın aradan qaldırılması işləri aparılır.


RƏYLƏR