Bakıda maşının təkərini dəyişən sürücünü BNA cərimələdi - FOTO

OXUNUB: 4647 MARAQLI HADİSƏ
Bakıda nasazlıq səbəbindən dayanan sürücü cərimələnib.Bu barədə sürücü sosial şəbəkədə məlumat yayıb. Məlumatda bildirir ki, idarə etdiyi 77-PD-970 qeydiyyat nişanlı "Kia" markalı avtomobillə paytaxtın Xocalı prospektində hərəkətdə olarkən təkərdə problem yaranıb. Bu səbəbdən qəza dayanma işıq siqnalını qoşaraq təkəri dəyişib. Lakin bu zaman Bakı Nəqliyyat Agentliyinin kameraları vasitəsilə ona BNA 2185639 nömrəli elektron cərimə tərtib edilib.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 55-ci maddəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Qanunun bu müddəasında aydın şəkildə qeyd olunub ki, nəqliyyat vasitəsində nasazlıq yarandıqda, qəza dayanma işıq siqnalı ilə qəza dayanma nişanından birinin tətbiq edilməsi kifayət edir.
Ona görə də nasazlıq səbəbindən qəza dayanma işıq siqnalını qoşmuş sürücüyə cərimə yazılması qanunsuz hesab olunur.
 
undefined
undefined
 

RƏYLƏR