Bakıda mənzildə, Beyləqanda anbarda yanğın olub

OXUNUB: 656 HADİSƏ

Bakı şəhəri və Beyləqan rayonunda yanğın hadisələri baş verib.

Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 66 m² olan 3 otaqlı mənzilin eyvanında 3 m² sahədə məişət tullantıları yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Beyləqan rayonu, Şərq qəsəbəsində ümumi sahəsi 16 m² olan anbarın yanar konstruksiyaları və içərisində olan ərzaq və qarışıq mallar yanıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

İcmal.Az

RƏYLƏR