Bakıda mənzildə meyit aşkarlandı

OXUNUB: 792 SOSİAL

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən İcmal.Az-a bildirilib ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1971-ci il təvəllüdlü İsmayılov Elzamin Nəbi oğlunun cəsədini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.

İcmal.Az

RƏYLƏR