Bakıda mənzildə meyit aşkarlanıb

OXUNUB: 770 HADİSƏ

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nəsimi rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən İcmal.Az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, mənzilin qapısını açıb və 1952-ci il təvəllüdlü Şıxəliyev Yusif Ataman oğlunun cəsədini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.

 

İcmal.Az

RƏYLƏR