Bakıda mənzildə partlayış: Üç nəfər xəsarət alıb

OXUNUB: 575 SOSİAL

Yanvarın 1-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan Könül Cəfərovanın evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib.

Bu barədə İcmal.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə nəticəsində K.Cəfərova, qızı Aysun və qardaşı qızı Nərmin Məmmədova yanıq xəsarətləri alıb, xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR