Bakıda mənzildə partlayış zamanı qadın xəsarət alıb

OXUNUB: 492 HADİSƏ
Bakının Nəsimi rayonunda mənzildə qaz sızmasından partlayış zamanı ev sakini ağır xəsarət alıb.

Hadisə Hüseyn Seyidzadə 26 ünvanında qeydə alınıb.
Aynurə Qaralova elektrik lampasını yandıran zaman evdə partlayış baş verib. Əraziyə FHN-nin əməkdaşları və 2 təcili yardım briqadası cəlb olunub. Həkimlər APA-ya bildiriblər ki, A.Qaralovanın vəziyyəti ağırdır.

Ərazidə ekspertiza işləri aparılır.

RƏYLƏR