Bakıda “Mitsubishi” iki maşına çırpıldı

OXUNUB: 453 HADİSƏ

Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) İcmal.Az-a verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda "Mitsubishi” markalı minik avtomobili idarəetməni itirərək yol kənarında dayanmş digər 2 avtomobilə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

 

İcmal.Az

RƏYLƏR