Bakıda oğlanlar kirayə ev tapmırlar – VİDEO

OXUNUB: 759 SOSİAL

Sentyabr ayı yaxınlaşdıqca kirayə bazarında müəyyən canlanma müşahidə olunur. Ayın ortalarına kimi həm büdcəsinə, həm də yaşayış şəraitinə uyğun ev axtaran tələbələrlə yanaşı, mənzil qiymətlərində də artım başlayır. 

İcmal.Az xəbər verir ki, "Qafqazinfo”nun əməkdaşları paytaxt ərazisində bir çoxdaşınmaz əmlak ofislərində olub və qiymətlərlə maraqlanıb.

Ev alqı-satqısı ilə məşğul olan şəxslərin sözlərindən məlum olub ki, ötən illərə nisbətən bu il uyğun qiymətə ev tapmaq bir qədər qəlizləşib: "Ərəblərin ölkəmizə gəlməsi kirayə bazarına da təsirsiz ötüşməyib. Hazırda "Nərimanov”, "Gənclik”, "28 May” metrostansiyalarının yaxınlığında, demək olar ki, 350-500 manat civarında ev tapmaq qeyri-mümkündür. Boş evlərin qiyməti 600 manatdan başlayır, o da tələbələrin büdcəsinə uyğun gəlmir”.

Daha sonra "Neftçilər” metrosunun yaxınlığında rieltor və ev sahiblərinin daim toplaşdığı parka üz tutduq. Parkda vurulmuş elanda ərazidə əmlak alqı-satqısı işlərinin aparılmasının cinayət məsuliyyəti daşıdığı qeyd olunsa da, xeyli sayda şəxsə rast gəlmək olardı. 

Oğlanlara ev verilmədiyi üçün çarəsiz qalan tələbələr isə artıq 2 aydan çoxdur ki, mənzil axtardıqlarını deyib: "Naxçıvandan gəlmişəm, ev axtarıram. Ancaq mənzil sahibləri oğlanlara ev vermək istəmir. Belə getsə, sentyabrdan məsciddə gecələyəcəyik”.

İcmal.Az

RƏYLƏR