Bakıda orta yaşlı qadını maşın vurub

OXUNUB: 667 HADİSƏ

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 1979-cu il təvəllüdlü Hüseynova Cəmalə Ağaməmməd qızı Maştağa qəsəbəsinin Müşəlan yaşayış massivində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib./report

 

İcmal.Az

RƏYLƏR