Bakıda piyada yol qəzasının qurbanı oldu

OXUNUB: 561 HADİSƏ

Paytaxtda yolu keçən piyadanı avtomobil vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, dekabrın 7-də saat 21:00 radələrində Binəqədi rayonu ərazisində Sumqayıt şəhər sakini Veysəl Quliyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR