Bakıda piyadanı maşın vuraraq öldürüb

OXUNUB: 503 SOSİAL

Bakıda yolu keçən kişini maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, mayın 27-də saat 21 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İman İmanov vurulub. 

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

İcmal.Az

RƏYLƏR