Bakıda qadınları şantaj edən şəxs həbs olundu

OXUNUB: 688 HADİSƏ

Bakıda şantajla məşğul olan şəxs tutulub.

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsinə müraciət edən 42 yaşlı qadın sosial şəbəkədə tanış olduğu Elman adlı şəxsin onu şantaj edərək pul aldığını bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qadından 500 manat almış Elman Bəşirov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR