Bakıda qəzaya uğrayan “Ferrari”nin sahibi kimdir? - FOTO

OXUNUB: 850 HADİSƏ
Ötən gecə Bakının mərkəzində "Ferrari" və "Toyota Prius" markalı avtomobillərin toqquşması ilə nəticələnən hadisə geniş müzakirələrə səbəb olub.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Ferrari California T" modelli bu avtomobilin qiyməti 250 min dollardan başlayır.  

Əldə etdiyimiz məlumata görə, qəzaya düşən "Ferrari" Bakı sakini Nəcməddin Babayevin mülkiyyətindədir. Nəsimi rayonu Salatın Əsgərova və İslam Səfərli küçələrinin kəsişməsində baş verən qəzada avtomobilin sükanı arxasında kimin olması hələlik tam dəqiqləşməsə də, 77-SM-077 dövlət nişanlı "Ferrari"ni idarə etmək üçün son etibarnamənin N.Babayev tərəfindən Mirsəlim Məmmədzadə adlı şəxsə verilməsi məlum olub. M.Məmmədzadənin beynəlxalq şirkətlərin birində çalışdığı bildirilir.

Hazırda hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
 
 
 

RƏYLƏR