Bakıda qonşu qadınlar arasında dava: bir nəfər kəllə-beyin travması alıb

OXUNUB: 507 HADİSƏ

Paytaxtın Nərimanov rayonunda qonşular arasında dava düşüb.

İcmal.Az report-a istinadən bildirir ki, dava Aşıq Qərib küçəsi, 19 ünvanında yaşayan Şıxəliyeva Həbibə İsgəndər qızı ilə qonşu qadın arasında baş verib.

Nəticədə H.Şıxəliyeva döyülərək qapalı kəllə-beyin travması alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR