Bakıda qonşular arasında bıçaqlanma hadisəsi baş verib

OXUNUB: 561 HADİSƏ

Bakının Sabunçu rayonunda qonşu qonşusunu bıçaqlayıb.

 Pirşağı qəsəbəsinin Pioner düşərgəsi kimi tanınan ərazisində yaşayan 1986-ci il təvəllüdlü Təhməzov Mehrab Əhliyyət oğlu qonşuluğunda yaşayan şəxslə mübahisə edib.

Bu zaman M.Təhməzov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

 

İcmal.Az

RƏYLƏR