Bakıda qonşular arasında kütləvi dava

OXUNUB: 820 HADİSƏ

Bakıda qonşular arasında kütləvi dava olub, xəsarət alan var.

İcmal.Az Report-a istinadla xəbər verir ki, hadisə ötən gecə Suraxanı rayonunda baş verib.

Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsində 39 yaşlı Bünyadov Zaur Aydın oğlu qonşuluqda yaşayan Elnur adlı şəxs və onun qardaşı, habelə digər tanışları ilə mübahisə edib. Nəticədə o, bir neçə nəfər tərəfindən döyülüb. Z.Bünyadov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilib.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə faktla bağlı məlumat daxil olan kimi polis əməkdaşları hadisə yerinə yollanıblar. Z. Bünyadovu döyən şəxslər hadisə yerindən qaçıblar.

Hadisəni törədən şəxslərin sərxoş olduğu müəyyənləşdirilib.

İcmal.Az

RƏYLƏR