Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb

OXUNUB: 607 HADİSƏ
Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb.

Hadisə metronun Koroğlu stansiyası yaxınlığında baş verib.

70 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1965-ci il təvəllüdlü Nağıyev Məhəmməd Cahangir oğlu dayanacaqda mübahisə edib.
Mübahisə zamanı o, orta yaşlı kişi tərəfindən döyülüb. Ehtimal edilir ki, hadisəni törədən şəxs sərnişin olub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polis orqanına məlumat verilib./report
 
İcmal.Az

RƏYLƏR